1943-cü il Tehran konfransı qalmaqalı: Vaşinqton "Böyük üçlük"dən kimi YOX ETDİ?

1943-cü il Tehran konfransı qalmaqalı: Vaşinqton "Böyük üçlük"dən kimi YOX ETDİ?
28.08.2026 17:14 Dünya

ABŞ maliyyə naziri Skott Bessent 1943-cü ildə keçirilən Tehran konfransının iştirakçıları arasında SSRİ lideri İosif Stalinin adını qeyd etməyib.

TodayPress TV “Financial Times” qəzetinə istinadən xəbər verir ki, nəşr bunu Bessentin avqustun 24-də dərc olunan məqaləsinə diqqət çəkərək bildirib.

Qəzetin yazdığına görə, amerikalı nazir məqaləsində Tehran konfransından bəhs edərək, müttəfiq dövlətlərin “misli görünməmiş əməliyyat”ın istiqamətlərini müəyyənləşdirmək üçün bu görüşü keçirdiyini yazıb. Görüşün iştirakçıları sırasında yalnız ABŞ Prezidenti Franklin Ruzveltin və Böyük Britaniyanın Baş naziri Uinston Çörçillin adını çəkib. Stalin isə məqalədə qeyd olunmayıb.

Qeyd edək ki, 1943-cü il noyabrın 28-də Tehranda “Böyük üçlük” — Stalin, Ruzvelt və Çörçillin konfransı başlayıb. İkinci Dünya müharibəsi zamanı əsas müttəfiq dövlətlərin liderləri ilk dəfə bu tərkibdə bir araya gələrək ən aktual məsələləri razılaşdırıb, həmçinin müharibədən sonrakı dünya düzəni ilə bağlı məsələləri müzakirə ediblər.

Ümumi düşməndən gələn təhlükə qarşısında bir çox məsələlərdə diametral şəkildə fərqli mövqelərə malik siyasətçilər konsensus əldə edə biliblər. Onları müvəqqəti olaraq ümumi maraqlar yaxınlaşdırıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər