1000 raket İrana tuşlanıb, əmr verilib

1000 raket İrana tuşlanıb, əmr verilib
11.07.2026 11:25 Dünya

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə Truth Social hesabında paylaşım edib.

ABŞ Prezidenti bildirib ki, 1000 raket artıq döyüş hazırlığı vəziyyətinə gətirilib və İrana yönəldilib.

"İran hökuməti dünyanın müxtəlif yerlərində dəfələrlə səsləndirdiyi təhdidini həyata keçirərək ABŞ-ın hazırkı prezidentini, yəni məni öldürər və ya buna cəhd edərsə, onların ardınca dərhal minlərlə raket də buraxılacaq", – deyə Tramp yazıb.

Onun sözlərinə görə, bütün göstərişlər artıq verilib və ABŞ Silahlı Qüvvələri zərurət yaranacağı təqdirdə bir il ərzində, lazım gələrsə bu müddəti uzadaraq, İranın bütün bölgələrini tamamilə məhv etməyə qadirdir.

Paylaşımın sonunda Tramp "Allaha həmd olsun!" ifadəsini işlədib.

Qiymət Mahir

FOTOLAR

1000 raket İrana tuşlanıb, əmr verilib — 1
XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər