İran sülh danışıqlarına başlamaq üçün şərtlərini AÇIQLADI

İran sülh danışıqlarına başlamaq üçün şərtlərini AÇIQLADI
09.11.2026 17:20 Dünya

"Dəniz blokadası və silahlı münaqişə davam etdiyi müddətdə İran və ABŞ arasında danışıqlar mümkün deyil".

TodayPress TV "Gazeta.ru" nəşrinə istinadən xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai brifinqdə çıxışı zamanı bildirib.

"Təsəvvür edə bilərsinizmi ki, dəniz blokadası, müharibə davam edərkən və aktivlərimiz dondurularkən, biz ABŞ ilə onları maraqlandıran müxtəlif məsələlər üzrə danışıqlar aparırıq?", - deyə diplomat jurnalistlərə müraciət edib.

Bəqainin sözlərinə görə, Tehranın tələbləri bu ilin aprel ayında İslamabadda əldə edilən razılaşmalara əsaslanır. Diplomat qeyd edib ki, bu razılaşmalarda hər iki tərəfin öhdəlikləri aydın şəkildə əks olunub və Vaşinqton bunlarla razılaşıb, lakin sonradan onları pozub.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Tehran, həmçinin son aylarda respublikaya qarşı tətbiq edilən yeni sanksiyaların ləğvini də tələb edir.

TodayPress TV 

XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər