Ukraynada Kosmik Qüvvələr yaradılır

Ukraynada Kosmik Qüvvələr yaradılır
09.11.2026 15:53 Dünya

Ali Rada Ukrayna Silahlı Qüvvələri daxilində Kosmik Qüvvələrin yaradılması haqqında qanun qəbul edib.

TodayPress TV-nin məlumatına görə, ölkə parlamenti sənədi noyabrın 9-da keçirilən iclasda qəbul edib.

Qanun Rusiya ordusunun "Oreşnik" raketi də daxil olmaqla, raket təhdidlərinə qarşı mübarizə, öz hərbi peykləri - kəşfiyyat, Rusiya qoşunlarının müşahidəsi və orbitdən məlumatların əldə edilməsi üçün imkanlar, Silahlı Qüvvələrin yeni bir qolu - Kosmik Qüvvələrin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri ilə eyni səviyyədə yerləşdirilməsi təklifini əhatə edir.

TodayPress TV

XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər