Quba-Xınalıq yolu bağlanıb

Quba-Xınalıq yolu bağlanıb
09.11.2026 16:32 Sosial

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb.

TodayPress TV-nin məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb.

Qeyd edək ki, güclü qar yağması səbəbindən səhər saatlarında Quba-Xınalıq avtomobil yolu bağlanıb. Hazırda yol qar və buzdan təmizlənərək nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

TodayPress TV

XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər