Rusiya və Ukrayna nümayəndə heyəti danışıqlar üçün Əbu-Dabiyə yola düşdü

Rusiya və Ukrayna nümayəndə heyəti danışıqlar üçün Əbu-Dabiyə yola düşdü
09.11.2026 18:51 Dünya

Rusiya nümayəndə heyəti Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların keçiriləcəyi Əbu-Dabiyə yola düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "Tass" məlumat yayıb.

Rusiya, ABŞ və Ukrayna arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar 10-11 noyabr tarixlərində keçiriləcək.

Danışıqlar Əbu-Dabidə keçiriləcək.

Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

Ukraynadan heyəti də Əbu-Dabiyə yola düşüb.

Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerovun sözlərinə görə, üçtərəfli görüş 10-11 noyabr tarixlərində keçiriləcək.

TodayPress TV 

XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər