Komandamız Olimpiya Oyunlarının qalibi oldu

Komandamız Olimpiya Oyunlarının qalibi oldu
09.11.2026 14:01 İdman

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə oğlanlardan ibarət milli komandamız çempion olub.

TodayPress TV xəbər verir ki, komandamızın üzvlərindən Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medal qazanaraq Yeniyetmələrin Olimpiya çempionu adını qazanıblar. Nihad Süleymanlı (80 kq) isə gümüş medala sahib çıxıb.

Azərbaycan komandası 70 xalla komanda hesabında birinci yeri tutub.

Gürcüstan komandası 61 xalla ikinci, Seneqal millisi isə 58 xalla üçüncü pillədə qərarlaşıb.

TodayPress TV

FOTOLAR

Komandamız Olimpiya Oyunlarının qalibi oldu — 1
XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər