Odessaya hava zərbəsi endirilib, 3 nəfər öldü
Rusiya ordusu noyabrın 9-u səhər saatlarında Ukraynanın Odessa şəhərinə hava zərbələri endirib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın Odessadakı infrastruktur obyektinə hücumu nəticəsində 3 nəfər həlak olub, 1 nəfər yaralanıb.
O əlavə edib ki, yaralı şəxsin vəziyyəti ağırdır.