Yeri zəif geomaqnit dalğaları vuracaq
Oktyabrın 7-də geomaqnit şəraitində zəif pozğunluqlar və maqnit qasırğaları ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Hazırda məşəl aktivliyi aşağı səviyyədədir və son 24 saatda geomaqnit mühiti sakit olub.
Məlumata görə, uzun maqnit qasırğalarından biri son günlərdə başa çatıb.
Xatırladaq ki, sentyabrın sonunda Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası qeydə alınıb.
Türkan İsgəndərli