Yer kürəsində maqnit fırtınaları başlayacaq
Cəmiyyət
06.03.2026 12:48
Günəşdə müşahidə olunan tac dəliyinin təsiri nəticəsində Yer kürəsində yaxın 24 saat ərzində zəif maqnit fırtınalarının baş verə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
Mütəxəssislərin bildirdiyinə görə, gün ərzində Yer kürəsində müəyyən geomaqnit pozuntuları və zəif maqnit fırtınaları müşahidə oluna bilər.
Hesabatda qeyd olunub ki, hazırda Günəş diskinin mərkəzinə yaxın ərazidə görünən kiçik koronal dəlik Yerə təsir zonasına yaxınlaşır. Bu səbəbdən modellər bu gün zəif "G1" səviyyəli maqnit fırtınasının baş vermə ehtimalını təxminən 50 faiz qiymətləndirir. Alimlərin fikrincə, bu vəziyyət daha çox təsadüfi xarakter daşıyır, lakin geomaqnit indekslərinin artacağı gözlənilir.
Bundan əlavə, Günəşdə bir neçə yeni günəş ləkəsi də müşahidə olunub. Məlumata görə, bu səbəbdən Günəş alovlanma aktivliyində kiçik artım qeydə alınıb və bir neçə zəif alovlanma baş verib. Lakin mütəxəssislər günəş ləkələrinin böyümə əlaməti göstərmədiyini və aktivliyin ciddi şəkildə artmasının gözlənilmədiyini bildirirlər.
Türkan İsgəndərli
tag: Günəş,Maqnit,Partlayış,Dalğa,Todaypress.tv,
