Vüqar Qurbanov robotik cərrahiyyə xidmətlərinin keyfiyyətindən danışdı
Cəmiyyət
22.01.2026 16:41
"Yeni klinikada göstərilən tibbi xidmətlər pasiyentlər üçün daha təhlükəsiz, effektiv və müasir imkanlar yaradacaq, eyni zamanda ölkənin səhiyyə sisteminin inkişafına ciddi töhfə verəcək".
TodayPress TV xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov açıqlama verib.
O bildirib ki, robotik cərrahiyyə platforması ilə həyata keçirilən ilk əməliyyat ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müasir və təhlükəsiz müalicə üsullarının tətbiqi baxımından mühüm addımdır.
"Əldə olunan bu mühüm nailiyyətlərin arxasında böyük zəhmət və yüksək peşəkarlıq dayanır. Robotik cərrah platforması ilə ilk əməliyyatın uğurla həyata keçirilməsində həkim heyəti, cərrahlar, anestezioloqlar, tibb bacıları və texniki personalında rolu böyükdür.
Vüqar Qurbanov qeyd edib kimi, bu uğur robotik cərrahiyyənin yeni klinikada etibarlı və davamlı şəkildə tətbiqi üçün möhkəm əsaslar yaradır.
Türkan İsgəndərli
tag: Vüqar Qurbanov,TƏBİB,Tədbir,Çıxış,Todaypress.tv,
