Süni intellekt vasitəsilə 1286 uşaq istismarı videosu hazırlanıb
Cəmiyyət
23.12.2025 15:23
“Süni intellekt texnologiyalarından istifadə etməklə uşaq istismarı məqsədilə hazırlanan kontentin sayı ciddi narahatlıq doğurur”.
TodayPress TV xəbər verir ki, bunu “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova Bakıda keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, AI texnologiyaları vasitəsilə hazırlanmış 1286 uşaq istismarı videosu aşkarlanıb, onlardan 1006-sı ən ağır risk kateqoriyasına aid edilib. Bu faktlar göstərir ki, cinayətkarlar süni intellektdən istifadə etməklə uşaqlara qarşı istismarın yeni və daha təhlükəli formalarını yaradırlar.
Qiymət Mahir
tag: Kəmalə Aşumova,Uşaq istismar,Video,Konfrans,Todaypress.tv,
