SON DƏQİQƏ! Azərbaycanlılar bu ölkədən deportasiya edildi
Cəmiyyət
03.03.2026 11:27
Son günlərdə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları 98 əcnəbini ölkədən deportasiya ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, Azərbaycan, Banqladeş, Vyetnam, Almaniya, Misir, İordaniya, Hindistan, İraq, Keniya, Çin, Konqo, Nigeriya, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşları Gürcüstandan çıxarılıb.
Qeyd edək ki, ilin əvvəlindən bəri Gürcüstandan 544 miqrant deportasiya edilib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə çoxdur.
Gürcüstan parlamenti immiqrasiya qanunlarını sərtləşdirib, deportasiya prosedurlarını və miqrantların axtarışını sadələşdirib.
Demək olar ki, hər ay Gürcüstan Daxili İşlər Nazirliyi onlarla xarici vətəndaşın ölkədən çıxarılması barədə məlumat verir.
tag: Gürcüstan,Əcnəbi,Deportasiya,Açıqlama,Todaypress.tv,
