Ramin Məmmədov: “Prezidentin müraciəti dövlət-din münasibətlərinin inkişafında yol xəritəsidir”
Cəmiyyət
24.12.2025 10:23
“Bugünkü Forum 2024-cü ildə təməli qoyulmuş mühüm bir ənənənin məntiqi davamıdır və dövlət-din münasibətlərinin sağlam və davamlı inkişaf xəttinin bariz göstəricisidir”.
TodayPress TV xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il Forum iştirakçılarına ünvanladığı müraciət ideoloji məzmunu və konseptual mahiyyəti baxımından bir neçə vacib istiqaməti əhatə edib. Ramin Məmmədovun sözlərinə görə, həmin müraciətdə ifadə olunan strateji hədəflər ötən bir il ərzində görülən fəaliyyətlərə istiqamət verib və bugünkü Forumun gündəliyini müəyyənləşdirib.
Komitə sədri vurğulayıb ki, Prezident tərəfindən müəyyənləşdirilən bu hədəflər sistemli və davamlı fəaliyyət üçün əsas istinad nöqtəsi olaraq qalmalıdır.
Qiymət Mahir
tag: Ramin Məmmədov,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,
