Ramin Məmmədov: “Dövlət-din münasibətlərinin konseptual əsasları Heydər Əliyevin adı ilə bağlıdır”

Cəmiyyət

24.12.2025 10:28

“Müasir Azərbaycanda dövlət-din münasibətlərinin sivil, dünyəvi və milli dəyərlərə söykənən konseptual əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılıb”.

TodayPress TV xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Ulu Öndər dövlət idarəçiliyinin ən mürəkkəb dövrlərində milli birliyi təmin edən əsas faktorun milli-mənəvi dəyərlərə və tarixi köklərə qayıdış olduğunu uzaqgörənliklə müəyyənləşdirib. Ramin Məmmədovun sözlərinə görə, bu yanaşma hüquqi əsaslara söykənən, ardıcıl və prinsipal xarakter daşıyan siyasətdir.

Komitə sədri vurğulayıb ki, bu modeldə din dövlət idarəçiliyinin alətinə çevrilmir, eyni zamanda dövlət bütün konfessiyalara bərabər hüquq və imkanlar yaradır, din azadlığı isə Konstitusiya ilə təmin olunmuş real dəyər kimi qorunur.

Qiymət Mahir

TodayPress TV

tag: Ramin Məmmədov,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,