Ramin Məmmədov: “Din xadimləri cəmiyyətin mənəvi sağlamlığında mühüm rol oynayır”
Cəmiyyət
24.12.2025 10:30
“Din xadimləri yalnız ibadət məkanlarının rəhbərləri deyil, eyni zamanda mənəvi dəyərlərin daşıyıcıları və cəmiyyətin sağlam düşüncə ruhunda formalaşmasında mühüm təsir gücünə malik şəxslərdir”.
TodayPress TV xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda deyib.
O bildirib ki, qloballaşma, informasiya bolluğu və dəyər aşınması fonunda mənəvi-əxlaqi tərbiyənin gücləndirilməsi xüsusi aktuallıq kəsb edir:
“Bu çağırış dünyəvi dövlətçilik prinsipləri ilə ziddiyyət təşkil etmir, əksinə, onları tamamlayır və cəmiyyətin mənəvi bütövlüyünün qorunmasına xidmət edir. Din xadimlərinin bu prosesdə üzərinə düşən məsuliyyət dövlətin həyata keçirdiyi maarifçilik və ideoloji fəaliyyətlə uzlaşmalıdır”.
Qiymət Mahir
tag: Ramin Məmmədov,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,
