"Nərimanov–Bakmil" sahəsində hərəkət qrafiki yeniləndi

"Nərimanov–Bakmil" sahəsində hərəkət qrafiki yeniləndi
03.03.2026 20:20 Cəmiyyət

Bakı metropoliteninin "yaşıl" və "qırmızı" xətlərində sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı yeni hərəkət qrafikinin sınaqlarına başlanılır.

Bu barədə TodayPress TV-yə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Burada əsas məqsədlərdən biri günorta saatlarında sərnişin axınının tələbata uyğun tənzimlənməsidir.

Belə ki, martın 4-dən "Bakmil" stansiyasına və əks istiqamətə qatarların hərəkət cədvəlinə dəyişikliklər tətbiq edilir. Sınaq müddətində "Nərimanov–Bakmil" sahəsində hərəkət edən sərnişinlər üçün yenilənmiş qrafik təqdim olunur.

Sınaqların gedişi və qeyd olunan istiqamətdə qatarların hərəkət cədvəli ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər