Neft bahalaşır, iqtisadiyyat geriləyir?
Cəmiyyət
30.04.2026 16:57
Son vaxtlar neftin qiymətində artım müşahidə olunsa da, ÜDM-i 29,7 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azdır və faktiki iqtisadi geriləmə deməkdir
Neft bahalaşırsa, iqtisadiyyat niyə geriləyir?
Suala cavab olaraq iqtisadçı Emin Qəribli TodayPress TV-yə bildirib ki, Azərbaycanda son vaxtlar neft hasilatı azalıb, amma qaz hasilatı və ixracı artıb.

Onun sözlərinə görə, neftin qiyməti çox yüksəkdir, qaz isə təbii ki, neft qədər yüksək ola bilməz.
"Ona görə müəyyən azalma var. Amma inanırıq ki, bu ilin ikinci yarısından etibarən neft hasilatı və neft ixracı artacaq. Bizim iqtisadiyyatda əsas göstəricimiz, təbii ki, ümumdaxili məhsula nisbətdə qeyri-neft sektoru olmalıdır".
İqtisadçı əlavə edib ki, əsas diqqət məhz qeyri-neft sektoruna yönəlir:
"İnanıram ki, bundan sonra neft hasilatındakı azalma iqtisadi siyasətimizdə etdiyimiz dəyişikliklərə təsir edəcək. Bu dəyişikliklər isə post-neft dövrünün xüsusiyyətlərinə uyğun olacaq. Burada əsas məqsəd rəqabət qabiliyyətinin artırılmasıdır və bu siyasət öz nəticəsini verəcək və biz iqtisadi artımı bərpa edəcəyik, yüksək templə iqtisadi artıma yenidən nail olacağıq", - deyə ekspert qeyd edib.
Türkan İsgəndərli
tag: Emin Qəribli,İqtisadçı,Neft,İqtisadiyyat,Todaypress.tv,
