NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu

NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu
02.04.2026 10:34 Cəmiyyət

Naxçıvan Dövlət Universitetində (NDU) Tibb fakültəsinin laboratoriyaları üçün yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olunub.

TodayPress TV xəbər verir ki, NDU-nun rektoru Elbrus İsayev Tibb fakültəsinin laboratoriyaları üçün yeni alınmış avadanlıqlar və "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Tibb fakültəsində, eləcə də SABAH qruplarında müasir tibb təhsilinin inkişafına yönəlmiş yeni alınan kitabların təqdimatında iştirak edib.

Rektor qeyd edib ki, müasir standartlara cavab verən bu avadanlıqlar tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinə geniş imkanlar yaradacaq. Bildirib ki, laboratoriyaların yenilənməsi elmi tədqiqat işlərinin daha səmərəli təşkilinə və gələcək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək.

Tədbir çərçivəsində fakültənin Anatomiya, Histologiya, Mulyaj-simulyasiya, Patologiya və Stomatoloji simulyasiya kabinələri, həmçinin Fiziologiya, Əczaçılıq, Mikrobiologiya, Kimya və Stomatoloji texniki laboratoriyaları üçün müasir avadanlıq və reaktivlərin alındığı diqqətə çatdırılıb.

Belə ki, Anatomiya kabinəsi müxtəlif orqan və toxuma modelləri, plakatlar və skeletlərlə təchiz edilib. Histologiya kabinəsi DNT və RNT modelləri, hüceyrə quruluşunu əks etdirən vəsaitlər və müxtəlif preparatlar ilə təmin edilib.

Mulyaj-simulyasiya kabinəsində stimulyatorlar və müxtəlif sistemlərin işləmə mexanizmini nümayiş etdirən elektron modellər quraşdırılıb. Stomatoloji simulyasiya kabinəsi isə dəyişilə bilən alt və üst çənə diş modelləri, tikiş sapları və müvafiq alətlərlə təmin olunub.

Fiziologiya laboratoriyası EEQ (elektroensefaloqrafiya) və EKQ (elektrokardioqramma) cihazları, həmçinin eksperimental tədqiqatlar üçün zəruri vasitələrlə təchiz edilib.

Əczaçılıq laboratoriyası üçün liofilizator, titrometr, pH-metr, avtomatik pipetlər, refraktometr, soxslet ekstraktoru, quru qızdırıcı, su hamamı, filtrlər, sınaq şüşələri, çini həvənglər, bitki xammallarından çıxarışların alınması üçün reaktivlər, eləcə də suppozitoriya və kapsul hazırlanması üçün qəliblər alınıb.

Kimya laboratoriyası biokimya üzrə aparılacaq təcrübələr üçün zəruri reaktivlərlə təmin olunub.

Mikrobiologiya laboratoriyası paster sobası, quruducu şkaf, qidalı mühitlər, mikroorqanizmlərin kultivasiyası üçün avadanlıqlar, antibiotik diskləri və digər reaktivlərlə təchiz edilib.

Stomatoloji texniki laboratoriya isə diş ölçülərinin götürülməsi və ekstraksiyası üçün tələb olunan alətlərlə, o cümlədən kəlbətin və elevator dəstləri ilə təmin olunub.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində həmçinin NDU Elmi Kitabxanasına ingilis, rus, türk və Azərbaycan dillərində tibb sahəsi üzrə 112 ədəd müasir kitab təqdim olunub. Bu nəşrlər tələbə və müəllimlərin elmi biliklərinin artırılmasına, müasir tibbi ədəbiyyata və tədrisi ingilis dilində olan ixtisaslarda dərsliklərdən istifadə imkanlarının genişlənməsinə şərait yaradacaq.

TodayPress TV

FOTOLAR

NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 1
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 2
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 3
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 4
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 5
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 6
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 7
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 8
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər