Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlandı

Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlandı
21.04.2026 16:37 Cəmiyyət

Bugün təxminən saat 12:10 radələrində Bakı metrosunun “Ulduz”–“Nərimanov” mənzilində aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb.

TodayPress TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, sadə dildə desək, Bakı Metropoliteni qatarlarının hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisi olduğu üçün yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb və bu səbəbdən “Ulduz–Nərimanov” mənzilində qatarların hərəkəti mümkün olmayıb.

(APA)

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər