Liftlərin təhlükəsizliyi dövlətin əsas prioritetləri sırasındadır
Cəmiyyət
29.01.2026 10:29
"Lift birbaşa insan həyatına və gündəlik rifaha təsir edən strateji əhəmiyyətli sahələrdən biridir. Liftlər yaşayış binalarında, iş yerlərində və ictimai məkanlarda fasiləsiz istifadə olunur və bu səbəbdən onların təhlükəsiz istismarı dövlət üçün daim prioritet məsələlər sırasındadır".
TodayPress TV xəbər verir ki, bu sözləri Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov deyib.
Onun sözlərinə görə, "Mylift" tətbiqi cəmiyyət üçün faydalı olacaq. Burada onların fəaliyyəti haqqında məlumat, texniki problemlərin çatdırılmasından istifadə edə bilərlər.
"Müasir dövrdə bu sahədə rəqəmsal nəzarət mexanizmlərinin tətbiqi zəruri və qaçılmazdır. Risklərin vaxtında müəyyən olunmasına, nəzarət tədbirlərinin daha effektiv planlaşdırılmasına və ən əsası, qəza hallarının qarşısının alınmasına xidmət edir. Hər bir lift etimaddır. Gündə milyonlarla insan liftdən istifadə edir. Hamı öz həyatını bu mexanizmə əmanət edir.
Türkan İsgəndərli
tag: İsmayıl Nəsirov,Lift,Azərbaycan,Prioritet,Todaypress.tv,
