Komitə sədri: "Qanunvericilik aktları ailədaxili zorakılıqdan əziyyət çəkənlərin müdafiəsinə şərait yaradıb"

Cəmiyyət

04.11.2025 10:24

"Qadın və uşaqların hüquqlarının qorunmasında 11 qayda və əsasnamə işlənib, üç dövlət proqramı qəbul olunub və artıq fəaliyyətdədir".

TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu hüquqi sənədlər cəmiyyətin hüquq şüurunun inkişafına, uzun illər formalaşmış stereotiplərin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə təsir göstərib: 

"Qanunvericilik aktları ailədaxili zorakılıqdan, pis rəftardan əziyyət çəkən qadın, qız və uşaqların müdafiəsinə real şərait yaradıb".

O əlavə edib ki, son dövrdə Komitə dünyanın əsas gündəm mövzularından biri olan informasiya təhlükəsizliyi sahəsində də ciddi fəaliyyət göstərib:

"Bu məsələ artıq bizim gündəmimizin əsas istiqamətlərindən biridir. Biz çalışırıq ki, qadın və kişilərin hüquq bərabərliyi təkcə kağız üzərində deyil, real həyatda təmin olunsun". 

Türkan İsgəndərli

tag: Ailə, Qadın və Uşaq,Qanunvericilik ,Komitə ,Todaypress.tv,