İtkin-şəhidimiz Xaçmazda dəfn olundu

İtkin-şəhidimiz Xaçmazda dəfn olundu
01.07.2026 14:01 Cəmiyyət

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Yarməmməd Maqsud oğlu Nuriyevin meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.

TodayPress TV xəbər verir ki, şəhidin nəşi Xaçmaz rayonunun Köhnə Xudat kəndində ailəsinə təhvil verilib.

Daha sonra Yarməmməd Nuriyevin meyitinin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin doğmaları, rayonunun vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Yarməmməd Nuriyev 1961-ci il dekabrın 29-da Xaçmaz rayonunun Köhnə Xudat kəndində anadan olub. O, 1993-cü ilin dekabr ayında Cəbrayıl istiqamətində şiddətli döyüşlər zamanı itkin düşüb.

TodayPress TV

FOTOLAR

İtkin-şəhidimiz Xaçmazda dəfn olundu — 1
İtkin-şəhidimiz Xaçmazda dəfn olundu — 2
İtkin-şəhidimiz Xaçmazda dəfn olundu — 3
İtkin-şəhidimiz Xaçmazda dəfn olundu — 4
İtkin-şəhidimiz Xaçmazda dəfn olundu — 5
XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər