İstehlakçı hüquqları sahəsində müraciətlər 16% artdı

İstehlakçı hüquqları sahəsində müraciətlər 16% artdı
25.08.2025 15:07 Cəmiyyət

Bu ilin yanvar-iyul aylarında istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət fəaliyyəti ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 4 184 müraciət daxil olub.

Bu barədə TodayPress TV-yə Agentlikdən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.

7 ayda Agentlik 4847 istehlakçı müraciətinə baxıb ki, bu da illik müqayisədə 16,5% artım deməkdir.

Baxılan müraciətlərin 2374-ü qeyri-qida, 1926-sı xidmət, 244-ü qida, 59-u dərman vasitələri və tibbi avadanlıqlar, 9-u tütün məmulatları, 235-i digər sahələrlə bağlı olub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər