Hövsan südçülük sovxozunda qaz olmayacaq

Hövsan südçülük sovxozunda qaz olmayacaq
10.10.2025 10:22 Cəmiyyət

Bu gün Bakının Suraxanı rayonunun Hövsan südçülük sovxozunun qaz təchizatında fasilə yaranacaq.

TodayPress TV bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar oktyabrın 10-da saat 10:00-dan işlər tamamlananadək Hövsan südçülük sovxozunu qazla təmin edən kəmərdə qaz təchizatı dayandırılacaq.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər