DİQQƏT! Tələbələr üçün ictimai nəqliyyatda güzəştlər olacaq?

Cəmiyyət

03.03.2026 18:12

Ombudsman Səbinə Əliyeva ictimai nəqliyyatda təqaüdçülər, əlilliyi olan şəxslər, şagird və tələbələr üçün güzəştlərin tətbiqi ilə bağlı təklif irəli sürüb.

Millət vəkili Ceyhun Məmmədov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, dünyada bu sahədə müxtəlif modellər mövcuddur və onların tətbiqi təcrübəsi araşdırıla bilər.


Deputatın sözlərinə görə, Azərbaycanda da əvvəlki dövrlərdə bu məsələ gündəmdə olub və müəyyən müzakirələr aparılıb:

"Hazırda nəqliyyat sahəsi əsasən özəl sektor tərəfindən idarə olunur və maliyyələşmə də həmin qurumların hesabına həyata keçirilir. Bu baxımdan hər hansı güzəşt mexanizminin tətbiqi müvafiq qurumlarla razılaşdırılmalıdır. Xüsusilə tələbələr üçün güzəştlər nəzərdən keçirilə bilər. Dünya təcrübəsində tələbələrə yönəlik müxtəlif güzəşt modelləri mövcuddur və bu istiqamətdə Azərbaycanda da müəyyən addımlar atmaq mümkündür".

Millət vəkili digər kateqoriyalarla bağlı qərarların isə daha çox dövlət qurumlarından və nəqliyyat sahəsində fəaliyyət göstərən özəl strukturlarla aparılacaq müzakirələrdən asılı olduğunu qeyd edib.

Onun fikrincə, mümkün modellər araşdırılaraq uyğun mexanizmlərin tətbiqi məsələsinə baxıla bilər.

Türkan İsgəndərli

tag: Millət vəkili , Ceyhun Məmmədov ,Ombudsman ,Nəqliyyat,Todaypress.tv,