Cəlilabadda ilin sonuna qədər 25 küçə asfaltlanacaq

Cəlilabadda ilin sonuna qədər 25 küçə asfaltlanacaq
27.08.2025 20:00 Cəmiyyət

Cəlilabad rayonunda asfalt örtüyü olmayan, həmçinin uzun müddət əsaslı şəkildə təmir olunmayan küçələrdə asfaltlanma işləri aparılır.

TodayPress TV-nin məlumatına görə, ilin sonunadək Cəlilabad şəhəri üzrə 19, Göytəpə şəhəri üzrə 6 küçənin asfaltlanması üçün müvafiq layihə-smeta sənədləri hazırlanıb.

Qeyd edək ki, hazırda şəhid Məhərrəm Hüseynov, şəhid Əliyev Camal, şəhid Vüqar Mürsəlov, Kərim Kərimov, Səməd Vurğun, Əlixan Rəhimov, Vüqar Niftullayev, Nazim Hikmət, Məlik Quliyev və Dədə Qorqud küçələrində asfalt örtüyünün salınması üçün hazırlıq işlərinə başlanılıb.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər