Bu ərazilərdə QAZ olmayacaq

Bu ərazilərdə QAZ olmayacaq
30.06.2026 21:10 Cəmiyyət

Aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 1-i saat 10:00-dan işlər başa çatanadək Bakının Nizami və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

“Azəriqaz”dan TodayPress TV-yə verilən məlumata görə, fasilə Nizami rayonunun Keşlə qəsəbəsini, Sabunçu rayonunun isə Maştağa qəsəbəsini, Yeni Sahə, Subtropik Sovxoz, Konserv Zavodu və Daş Karxanası yaşayış massivlərini əhatə edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər