Bakı-Qəbələ dəmiryolu marşrutu üzrə əlavə reyslər təyin edildi

Bakı-Qəbələ dəmiryolu marşrutu üzrə əlavə reyslər təyin edildi
21.04.2026 09:58 Cəmiyyət

"Azərbaycan Dəmir Yolları" QSC 9, 10 və 11 may tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

TodayPress TV bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata əsasən, bu tarixlərdə Bakıdan Qəbələyə və əks istiqamətdə səfərlər təşkil ediləcək.

Bakıdan Qəbələyə gedən reys səhər saat 07:30-da yola düşəcək. Qəbələdən Bakıya qayıdan reys isə 19:00-da hərəkət edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər