Azərbaycanlıların başına oyun açırlar - Saakaşvilidən SƏRT SÖZLƏR
Cəmiyyət
30.04.2026 10:51
Gürcüstanın üçüncü prezidenti Mixeil Sakaaşvili bu gün Marneulinin Şulaver kəndində fermərlərin keçirdiyi aksiyaya münasibət bildirib.
TodayPress TV xəbər verir ki, o bu barədə özünün "Facebook" sosial şəbəkə hesabında məlumat verib.
sabiq ölkə başçısı Marneuli fermərləri ilə həmrəy olduğunu bəyan edib.
O, bütün müxalifəti Marneuliyə səfərbər olmağa çağırıb.
"Mənim həmrəyliyim Marneulidəki fermerlərlədir! Mən vaxtilə regionda etnik azərbaycanlıları təzyiqdən azad etmişdim. İndi isə İvanişvili öz korrupsiyası ucbatından bu zəhmətkeş, vətənpərvər insanları yenidən yoxsulluğa sürükləyib. Bütün Tbilisi müxalifətini Marneuliyə getməyə, Kvemo Kartli kəndlərinə çıxmağa, faktlar toplamağa və vətəndaşlarımızın yanında olmağa çağırıram. Studiyalarda oturmağınız və mənasız yazılar yazmağınız bəsdir!
Heç olmasa bir dəfə xalqa faydalı olun, onların yanında durun və birləşin" , - deyə Saakaşvili bildirib
tag: Mixeil Sakaaşvili,Marneuli,Şulaver kəndi,Gürcüstan,Todaypress.tv,
