“Azərbaycanın işıqlı qadınları: ilhamverən hekayələr” adlı videosüjet müsabiqəsi elan edilir

“Azərbaycanın işıqlı qadınları: ilhamverən hekayələr” adlı videosüjet müsabiqəsi elan edilir
08.08.2025 12:14 Cəmiyyət

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi jurnalistlər arasında “Azərbaycanın işıqlı qadınları: ilhamverən hekayələr” adlı videosüjet müsabiqəsi elan edir.

Bu barədə TodayPress TV-yə Komitədən məlumat verilib.

Müsabiqənin məqsədi cəmiyyətimizdə uğur qazanmış qadınların uğur hekayələrini işıqlandırmaqla onları geniş auditoriyaya tanıtmaq, gənc qızlar üçün ilhamverici nümunələr təqdim etmək, qadınların cəmiyyətin inkişafındakı rolunu önə çəkmək və bu istiqamətdə maarifləndirici, motivasiyaedici məlumatları cəmiyyətə çatdırmaq, ictimai rəyi formalaşdırmaqdır.

Müsabiqənin şərtləri:

Müsabiqəyə 08 avqust – 08 sentyabr 2025-ci il tarixlərində yayımlanan video materiallar qəbul ediləcəkdir.

Süjetin müddəti 1-5 dəqiqə arası olmalıdır.

Video material azərbaycan və ya rus dillərində təqdim edilə bilər.

Müsabiqə çərçivəsində cəmiyyətin və dövlətin inkişafına töhfələr verən, Vətən müharibəsi zaman fədakarlıqları ilə fərqlənən, uğurları ilə dünyaya səs salan azərbaycanlı qadınlar, eləcə də elm və təhsildə nailiyyətləri olan, qeyri-ənənəvi sahələrdə çalışan və innovativ yeniliklərə imza atan qadınlar haqqında süjetlər hazırlanmalıdır.

Cari il ərzində hazırlanmış video materiallar müsabiqəyə təqdim edilə bilər. 

Video materialın linki əlavə edilməklə aşağıdakı e-poçt ünvanına göndərilməlidir:

[email protected]

Müsabiqədə iştirak etmək istəyən media nümayəndələri süjetləri "Azərbaycanın işıqlı qadınları: ilhamverən hekayələr" adlı müsabiqəyə təqdim olunur" başlığı ilə 08 sentyabr 2025-ci il tarixinədək göndərməlidirlər.


Tələb olunan məlumatlar:

Namizədin ad və soyadı

Namizədin işlədiyi media subyektinin adı

Namizədin əlaqə nömrəsi

Qiymətləndirmə və mükafatlandırma:

Müsabiqəyə təqdim olunan materiallar arasından ən uğurlu 3 süjet Müsabiqə Komitəsi tərəfindən seçiləcək və Milli Mətbuat Gününün 150 illiyinə həsr olunmuş tədbirdə elan ediləcəkdir.

Qiymətləndirmə meyarları:

Mövzunun dolğun əhatə olunması

İfadə vasitələrinin zənginliyi

Cəmiyyətə nümunəvi və pozitiv mesajın ötürülməsi

Mövzuya fərqli və yaradıcı yanaşma

Beynəlxalq və yerli statistik məlumatların istifadəsi

Qaliblər diplom və noutbuklarla mükafatlandırılacaqdır.

XƏBƏR LENTİ
31 MAY 2026
Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Bütün Xəbərlər