Ağbənd–Kəlalə körpüsü Novruzadək tamamlanacaq

Ağbənd–Kəlalə körpüsü Novruzadək tamamlanacaq
23.01.2026 21:00 Cəmiyyət

Araz çayı üzərində inşa edilən Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin Novruz bayramına qədər tamamlanması planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə jurnalistlərlə görüşündə bildirib.

O, Araz dəhlizi üzrə görülən işlərdən danışaraq avtomobil yolunun tikintisinin sürətlə davam etdiyini qeyd edib. Nazir müavini bildirib ki, hazırda yol genişləndirilərək dörd zolaqlı vəziyyətə gətirilir.

“Hazırda yolu genişləndirib dörd zolaqlı edirik. Araz üzərində Ağbənd–Kəlalə körpüsünün tikintisini Novruz bayramına qədər bitirməyi planlaşdırırıq”, – deyə V.Cəlalzadə vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər