ADY: Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir

ADY: Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir
07.08.2025 14:17 Cəmiyyət

Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.

Bu barədə TodayPress TV-yə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Məlumata əsasən, saat 17:47-də Bakı–Xırdalan, 17:50-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə), 18:10-da Bakı–Sumqayıt (ekspres), 18:20-də Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Bakı (ekspres) və 19:27-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə) reysləri ləğv olunur.

Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər.

Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər