10 erməni Ermənistana təhvil verildi

10 erməni Ermənistana təhvil verildi
23.01.2026 13:07 Cəmiyyət

Azərbaycanın Qarabağ bölgəsində yaşayan 10 erməni və 1 rus onların öz istəkləri əsasında Ermənistana təhvil verilib. 

TodayPress TV “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin əmək və sosial məsələlər naziri Arsen Torosyan açıqlayıb.

Erməni nazirin sözlərinə görə, 11 nəfər məsələ ilə bağlı Azərbaycan və Ermənistanın müvafiq qurumlarına müraciət ediblər və bu müraciətlər əsasında onlar Ermənistana təhvil veriliblər. 

Bildirilib ki, onlar 2023-cü ilin sentyabrında Azərbaycanın Xankəndi şəhərini azad etməsindən sonra da həmin ərazilərdə yaşamağa davam ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər