Yardımlı-Deman-Arvana avtomobil yolunda əsaslı bərpa işləri aparılır

Yardımlı-Deman-Arvana avtomobil yolunda əsaslı bərpa işləri aparılır
09.07.2025 12:22 Cəmiyyət

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun bir hissəsində bərpa işlərinə başlayıb.

TodayPress TV agentliyə istinadən xəbər verir ki, bərpa işləri sözügedən yolun sel suları nəticəsində yararsız vəziyyətə düşmüş 14-21-ci km-lik hissəsində aparılır.

Hazırda ərazidə 3800 p.m uzunluğunda alt istinad divarının inşası aparılır.

Texnoloji ardıcıllığa uyğun olaraq, IV texniki dərəcəyə əsasən bərpa olunan hissədə torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə, zəruri yerlərdə müxtəlif ölçülü suötürücü boruların inşası, yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi yerinə yetiriləcək.

Layihənin sonuncu mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.

FOTOLAR

Yardımlı-Deman-Arvana avtomobil yolunda əsaslı bərpa işləri aparılır — 1
Yardımlı-Deman-Arvana avtomobil yolunda əsaslı bərpa işləri aparılır — 2
Yardımlı-Deman-Arvana avtomobil yolunda əsaslı bərpa işləri aparılır — 3
Yardımlı-Deman-Arvana avtomobil yolunda əsaslı bərpa işləri aparılır — 4
XƏBƏR LENTİ
04 IYUN 2026
Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 Bütün Xəbərlər