İKTA: Operator və provayderlər yüksək sürət paketləri təqdim etməlidir

İKTA: Operator və provayderlər yüksək sürət paketləri təqdim etməlidir
22.05.2025 18:10 İKT

Azərbaycandakı internetin sürətini inkişaf etmiş ölkələr səviyyəsinə çatdırımaq üçün operator və provayderlər artıq yüksək sürət paketləri təqdim etməlidir. 

TodayPress TV Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir ki, bunu qurumun sədri Nail Mərdanov bir sıra internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə görüşdə deyib. 

“Yenilənmiş infrastruktur, müştəri təcrübələri, latent tələb və digər araşdırmalar göstərir ki, internet sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün operator və provayderlərimiz artıq 150-200 Mbit/s-dən yuxarı internet sürət paketləri təqdim etməlidirlər.

Bunun üçün telekommunikasiya infrastrukturu 1 Gbit/s və yuxarı internet sürətlərini dəstəkləməli və yüksək sürət paketləri təqdim edə bilməlidirlər. Ölkədə internetdən istifadə sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün yüksəksürətli xidmət təkliflərinin olması zəruridir”, – deyə İKTA sədri qeyd edib. 

O, “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan prioritetlərin icrası nəticəsində ölkəmizdə sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən istifadə sürətinin 2025-ci ildə 50 Mbit/s-yə, 2025-ci ildən sonra inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasının hədəf indikatorları olaraq müəyyən edildiyini xatırladıb.

O, aprel ayının göstəricisinin 54 % daha yüksək - 76,87 Mbit/s olması barədə məlumat verib. 

N. Mərdanov əlavə edib ki, hazırda ölkəmizdə 2,2 milyon sabit genişzolaqlı internet abunəçisi mövcuddur ki, onlardan da 1,7 milyonu və yaxud 78 %-i GPON texnologiyası istifadə edir. Bu texnologiya üzərindən 1 Gbit/s internet sürətinin təqdim olunması mümkündür.

Hazırda 2,9 milyon ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı təmin olunub. 

Görüşdə inkişaf etmiş ölkələrdə təqdim edilən internet sürət paketləri nümayiş etdirilərək növbəti müzakirələrə qədər operator və provayderlərin bu hədəfə çatmaq üçün atacaqları addımları müəyyən etməsi, bu istiqamətdə daxili təhlillər edərək təkliflər hazırlaması təklif edilib.

XƏBƏR LENTİ
04 IYUN 2026
Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 Bütün Xəbərlər