Qalibaf Bakıda hər şeyi danışdı - Biz buna hazırıq...

Qalibaf Bakıda hər şeyi danışdı - Biz buna hazırıq...
24.06.2026 12:47 Xarici siyasət

“İslamabad razılaşması təzyiq və məcburiyyətin yox, İranın müqavimətinin nəticəsidir və bu müqavilə ABŞ-nin məğlubiyyətinin bəyannaməsinə çevrildi”.

TodayPress TV xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Parlamentlər İttifaqının Bakıda keçirilən iclasındakı çıxışında İran parlamentin sədri Məhəmməd Baqir Qalibaf deyib.

“İran regiondakı bütün ölkələrə qardaşlıq və əməkdaşlıq əli uzadır. Artıq son müharibənin ortasında regiondakı bütün ölkələrlə təhlükəsizlik müqavilələri bağlamağa hazır olduğumuzu bəyan etmişik”, - o bildirib.

Qalibaf qeyd edib ki, İran xalqının müqaviməti müstəqil xalqların iradələrini zorlamaq dövrünün başa çatdığını göstərib.

İran parlamentinin sədri İsrail-Livan müharibəsinə də diqqət çəkib:

“Livanda atəşkəs və müharibənin bitməsi bizim üçün İranda atəşkəs və müharibənin bitməsi qədər vacibdir”.

Jalə Rövşən 

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər