Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi

Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
18.08.2025 16:00 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun etimadnaməsini qəbul edib.

TodayPress TV xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndiyini qeyd edərək, əməkdaşlığımızın səviyyəsindən məmnunluğunu bildirdi və dostluq münasibətlərimizin bir çox istiqamətlər üzrə gələcəkdə daha da dərinləşəcəyinə əminliyini vurğuladı. Prezident İlham Əliyev hazırda Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanların olduğunu dedi.

Dövlətimizin başçısı səfirin ölkəmizə tarixi dövrdə - ABŞ-ın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə nailiyyətlərin əldə edildiyi bir zamanda gəldiyini bildirərək, bunun regionda sülhün və təhlükəsizliyin təmin edilməsi, həmçinin qarşıdurmaya son qoymaq üçün əhəmiyyətli olduğunu qeyd etdi. Prezident İlham Əliyev bütün bunların bağlantılar və müxtəlif növ qarşılıqlı əlaqələr baxımından Azərbaycan və bütövlükdə Cənubi Qafqaz regionu üçün yeni imkanlar açdığını vurğuladı.

Prezident İlham Əliyev İsrail şirkətlərinin həmişə olduğu kimi, gələcəkdə də ölkəmizdə fəal işləyəcəklərinə ümidvarlığını ifadə etdi.

Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Etimadnaməsini dövlətimizin başçısına təqdim etməkdən şərəf hissi duyduğunu deyən səfir yenidən Bakıya gəlməkdən xoşbəxt olduğunu vurğuladı. O, 2010-2015-ci illərdə ölkəmizdə diplomatik fəaliyyət göstərdiyini məmnunluqla xatırladı.

İsrail-Azərbaycan münasibətlərinin həqiqətən də strateji xarakter daşıdığını deyən Ronen Krausz qeyd etdi ki, ölkələrimizin liderləri və xalqları arasında əsl dostluq münasibətləri mövcuddur.

Səfir ölkəmizdə yəhudi icmasına göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirdi, özünün dəfələrlə Qubadakı Qırmızı Qəsəbəyə səfər etdiyini, orada yəhudi icması üçün yaradılmış şəraitlə tanış olduğunu vurğuladı.

FOTOLAR

Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi — 1
Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi — 2
Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi — 3
Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi — 4
Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi — 5
Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi — 6
Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi — 7
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər