Özbəkistanda TDT ölkələrinin gənclər və idman siyasəti müzakirə olundu

Özbəkistanda TDT ölkələrinin gənclər və idman siyasəti müzakirə olundu
17.10.2025 10:59 Xarici siyasət

Türk Dövlətləri Təşkilatının (TDT) Gənclər və İdman Nazirləri Şurasının 9-cu iclası çərçivəsində Özbəkistan İdman Nazirliyində ekspert konfransı keçirilib.

TodayPress TV özbək mediasına istinadla xəbər verir ki, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin nazirlik və qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə iştirakçı ölkələr arasında idman və gənclər siyasəti sahəsində əməkdaşlığın gücləndirilməsi, uzunmüddətli razılaşmaların əldə edilməsi, iri idman tədbirlərinin təşkili, yeni perspektivli layihələrin işlənib hazırlanması və həyata keçirilməsi kimi məsələlər müzakirə olunub. Qeyd edilib ki, bu yaxınlarda Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə görüşündə diqqət mərkəzində olan məsələlərdən biri də gənclər siyasəti olub.

Konfrans iştirakçıları konkret təkliflər və layihələr ətrafında fikir mübadiləsi aparıb, TDT ölkələrində keçiriləcək idman tədbirləri, habelə gənclərin forumlarının təşkilində türk dövlətlərinin müvafiq qurumlarının sıx qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğulayıblar.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Bütün Xəbərlər