Meloni İlham Əliyevə təşəkkür etdi

Meloni İlham Əliyevə təşəkkür etdi
04.09.2026 20:03 Xarici siyasət

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə xoş sözlərinə və iki ölkə arasında mövcud olan səmimi dostluğa görə təşəkkür edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Meloni, İtaliya və Azərbaycanın illər ərzində ortaq baxış və maraqlara əsaslanan möhkəm əməkdaşlıq qurduğunu bildirib. O, iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində görülən birgə işlərdən qürur duyduğunu qeyd edib.

Baş nazir qarşıdakı dövrdə İtaliya və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni və mühüm imkanların yaranacağına əminliyini ifadə edib.

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər