Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un göndəriləcək

Xarici siyasət

27.05.2026 20:00

Sabah Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu ölkəyə 2 vaqon karbamid və 1 vaqon un göndəriləcək.

Qatar saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

TodayPress TV 

tag: Azərbaycan,Ermənistan,Rusiya,Siyasət,Todaypress.tv,