Zelenski Rusiyaya gedəcək? - ŞƏRH
Təhlil
05.09.2025 11:11
“Ukrayna lideri Volodimir Zelenskini Moskvaya dəvət etmək onun üçün tamamilə qəbuledilməzdir və o, buna heç vaxt razı olmayacaq”.
Ukraynalı ekspert Maksim Yali bunu TodayPress TV-yə şərh edərkən bildirib.
O vurğulayıb ki, Rusiya lideri Vladimir Putin çox yaxşı bilir ki, Zelenski bu təklifi qəbul etməyəcək:
“Putin bu təklifi yalnız ABŞ Prezidenti Donald Trampa kompromislərə hazır olduğunu göstərmək üçün irəli sürüb. Eyni zamanda, o, Ukrayna üçün qəbuledilməz bir şərt irəli sürüb, çünki onun əsas məqsədi müharibəni davam etdirməkdir. Putin bir neçə ay ərzində Rusiya qoşunlarının cəbhə xəttini yaracağına, daha çox ərazi işğal edəcəyinə və bununla da danışıqlarda mövqelərini gücləndirəcəyinə əmindir”, - deyə analitik diqqətə çatdırıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskini danışıqlar aparmaq məqsədilə Moskvaya dəvət edib.
Aysel Mətləb
tag: Ukrayna ,Volodimir Zelenski,Moskva,Vladimir Putin,Todaypress.tv,