Seçim təsadüfi deyil: Əbu-Dabidə “sülh masası” qurulur?
Təhlil
10.07.2025 11:28
Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Vəli Əlibəyov bildirib ki, görüşün BƏƏ-də keçirilməsi təsadüfi deyil.
O, bunun səbəblərini belə izah edib:
“Görüşün BƏƏ-də keçirilməsinin bir neçə səbəbi var. Əsas səbəblərdən biri Birləşmiş Ərəb Əmirliklərinin neytral və tərəf saxlamayan bir ölkə olmasıdır. BƏƏ rəhbərliyi illərdir ölkələrini məqsədyönlü şəkildə beynəlxalq vasitəçi kimi təqdim edir. Vaxtilə burada ABŞ–“Taliban”, İran–Səudiyyə Ərəbistanı, Suriya müxalifəti ilə beynəlxalq vasitəçilər arasında danışıqlar məhz bu ölkədə baş tutub. BƏƏ bütün ölkələrlə münasibətlər saxlayır və hər zaman sabitliyin tərəfdarı kimi çıxış edir. Bu mövqe ona beynəlxalq aktorların etimadını qazandırıb. Düşünürəm ki, görüşün məhz orada keçirilməsinin əsas səbəbi də elə budur”.
Qiymət Mahir
tag: Vəli Əlibəyov,Politoloq,Əbu Dabi,Sülh Masası,Todaypress.tv,
