Hindistandan qeyri-səmimi davranış: "Bu, təsadüfi deyil" - ŞƏRH
Təhlil
18.06.2025 16:40
“Hindistanın Ermənistan üzərindən təxliyə qərarı siyasi yanaşmanın nəticəsidir”.
Politoloq Oqtay Qasımov bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanın İranla sərhəddə qonşu olması və tərəflər arasında münasibətlərin hazırda normal məcrada inkişaf etməsi, eləcə də sərhəd-keçid məntəqələrinin effektiv fəaliyyəti bu vəziyyətdə mühüm rol oynayıb.
“Azərbaycan öz ərazisindən keçən xarici vətəndaşları ən yüksək səviyyədə qəbul edib və onların vətənlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin etməyə davam edir. Bu, Azərbaycanın humanitar yanaşmasının və regional sabitliyə verdiyi töhfənin nümunəsidir".
Politoloq Hindistanın vətəndaşlarını Ermənistan üzərindən təxliyə etməsini isə siyasi münasibətlər kontekstində qiymətləndirib. Onun fikrincə, bu addım heç də təəccüblü deyil. Çünki Hindistan tarixən Azərbaycanla səmimi münasibətlər qurmayıb, xüsusilə Qarabağ münaqişəsi zamanı və ondan sonra açıq şəkildə Ermənistanı dəstəkləyib. Bununla yanaşı, Azərbaycan Pakistanla yaxın müttəfiqlik münasibətləri saxladığı üçün Hindistan ölkəmizi qeyri-dost siyahısında görür və məhz bu səbəbdən öz vətəndaşlarının Ermənistandan təxliyəsini üstün tutub:
“Bu, Azərbaycanın yox, Hindistanın problemidir. Məsələnin kökündə siyasi seçim və mövqelər dayanır”, - deyə o nitqini sonlandırıb.
Töhfə Səməd
tag: Oqtay Qasımov,Politoloq,Azərbaycan,Hindistan,Todaypress.tv,
