Tiktoker "Miray" həbs edildi

Tiktoker "Miray" həbs edildi
29.08.2025 17:47 Sosial

"Miray" kimi tanınan tiktoker Aysel Mustafayeva həbs edilib.

TodayPress TV "Qafqazinfo"ya istinadla xəbər verir ki, onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə dörd aylıq həbs qətimkan tədbiri seçilib.

"Miray" polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirləndirilir.

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər