Niaqara şəlaləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı - VİDEO
Dünyaca məşhur Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
Bu barədə TodayPress TV Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
Qeyd olunur ki, şəlalənin mavi-qırmızı-yaşıl tonlarda işıqlandırılması 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Gününün qeyd edilməsinə həsr olunub.