İyul ayının pensiya ödənişi yekunlaşdı
Respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşıb.
TodayPress TV xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Belə ki, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə bölgələr üzrə iyul ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.