İcbari tibbi sığorta üzrə 2025-ci ilin tibbi statistik göstəriciləri açıqlandı
Sosial
27.01.2026 10:35
"2025-ci ildə əhalinin 54 %-i icbari tibbi sığorta xidmətlərindən yararlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu göstərici icbari tibbi sığorta sisteminə ictimai etimadın və marağın ildən-ilə artdığını nümayiş etdirir.
"Son illərin statistikası istifadə səviyyəsində artım müşahidə olunduğunu göstərir. Pasiyentlərin sayı 5,4 milyon nəfərə çatıb. İcbari tibbi sığorta çərçivəsində 15,8 milyon müraciət qeydə alınıb".
Zaur Əliyev qeyd edib ki, 2025-ci ilin ilk 9 ayı ərzində göstərilən tibbi xidmətlərin sayı 44,6 milyon təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9 %-ə yaxın artım deməkdir.
O əlavə edib ki, vətəndaşların icbari tibbi sığorta çərçivəsində ən çox üz tutduğu xidmətlər ixtisaslı həkim müayinələri, radioloji və USM xidmətləri, eləcə də ginekoloji xidmətlərdir.
Türkan İsgəndərli
tag: Zaur Əliyev,İcbari Tibbi Sığorta Fondu,Yekun,Konfrans,Todaypress.tv,
