Gəncədə avtomobillər toqquşdu- Xəsarət alanlar var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV-nin məlumatına görə, qəza şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” və “BMW” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.