Birinci sinfə qəbul başlayacaq - Tarix bəlli oldu

Birinci sinfə qəbul başlayacaq - Tarix bəlli oldu
28.04.2026 12:36 Sosial

Şagirdlərin birinci sinfə qəbuluna may ayının əvvəlindən start veriləcək.

TodayPress TV xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, qeydiyyat 1-6 may tarixində aparılacaq.

“70-80 yaxın müəssisədə prioritet qəbul həyata keçiriləcək. İlk növbədə həmin ərazidə yaşayan şəxslər üçün qeydiyyat açıq elan ediləcək, daha sonra isə digər şəxslər qeydiyyatdan keçə biləcəklər”, - Eşqi Bağırov vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər